Aqil Ələsgərin "Səssiz işğal" kitabı Ərdoğana təqdim olundu

Aqil Ələsgərin "Səssiz işğal" kitabı Ərdoğana təqdim olundu
SOSİAL
17:41 31.10.2017
837
Bu gün Bakı Türk Liseyinin yeni korpusunun təntənəli açılış mərasimindən sonra "Səssiz işğal” və "Terrorun Gülən üzü” kitablarının müəllifi Aqil Ələsgər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanla görüşüb.
AZXEBER.COM-un məlumatına görə, Aqil Ələsgər Türkiyənin Birinci xanımı ilə söhbətində 2007-ci ildən bu günə kimi FETÖ terror şəbəkəsinə qarşı göstərdiyi ardıcıl fəaliyyəti haqqında məlumat verib və Türkiyədə işıq üzü görmüş "Səssiz işğal” kitabını Əminə Ərdoğana təqdim edib. 
Baş redaktor söhbət əsnasında qeyd edib ki, bu kitabda adları keçən bəzi FETÖ-çular Azərbaycan prezidenti İlham Əliyevin iradəsi ilə cəzalandırılıblar, FETÖ-ya məxsus məktəb və universitetlər bağlanıb. 
Bundan məmnunluğunu vurğulayan Əminə Ərdoğan isə yarızarafat formada "Əgər qalanlar varsa, adlarını bizə bildirin”, - deyə Aqil Ələsgərə cavab verib. Xoş atmosferdə keçən söhbət zamanı səmimi fikir mübadiləsi aparılıb. 
Qeyd edək ki, "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər ötən gün Bakı-Tiflis-Qars dəmir yolunun açılış mərasimində iştirak üçün Bakıya gəlmiş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb. 
Xatırladaq ki, Aqil Ələsgər 2016-ci il iyulun 15-də (FETÖ çevrilişindən bir neçə saat əvvəl) Türkiyənin baş naziri Binəli Yıldırımla da görüşərək, müəllifi olduğu "Terrorun Gülən üzü” kitabını ona təqdim etmişdi.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb