“Aqroservis” ASC-də yanğın baş verdi

“Aqroservis” ASC-də yanğın baş verdi
SOSİAL
14:23 30.05.2022
252
"Aqroservis” ASC-də yanğın olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Zərdab şəhərində ASC-nin ərazisində tutumu 80 ton olan çənin (kəsilməkdə olan) içərisində neft qalıqları yanıb. Yaxınlıqdakı çənlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR