BAKU AZƏRBAYCAN
9°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

AQTA bioloji fəallığa malik qida əlavələrində mineral maddə və vitaminlərin miqdarının aşağı olduğunu aşkarladı

AQTA bioloji fəallığa malik qida əlavələrində mineral maddə və vitaminlərin miqdarının aşağı olduğunu aşkarladı
SOSİAL
11:03 20.02.2020
1412
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. İdxal olunan bioloji fəallığa malik qida əlavələri üzərində Agentlik tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı bir sıra məhsulların tərkib analizləri həyata keçirilib.

AZXEBER.COM-un Foodinfo.az-a istinadən verdiyi məlumata görə, sınaq nəticələrinə əsasən bu məhsulların tərkib göstəricilərinin etiket məlumatlarına uyğun olmadığı aşkar edilib. Belə ki, Rusiya Federasiyasından idxal olunmuş "Siberian Super Natural Sport” Mega Essentials / "Siberian Super Natural Sport” Meqavitaminlərdə, "Vertex plus”, "Supradin Coenzim Q10, Türkiyə Cümhuriyyətindən idxal olunmuş "Mikroflorid” və "Gamino Forte”, "El Prodep”, "Chonzamin” və "Parametabol, şərbət”, "Optimin”, "Lipadrom” adlı bioloji fəallığa malik qida əlavələrində müxtəlif mineral maddələrin və vitaminlərin miqdarı qablaşdırma üzərində və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin rəyində göstərilən miqdarlardan dəfələrlə aşağı olduğu aşkarlanıb.

Bununla da istehlakçıların aldadılması hallarının baş verməsinin qarşısının alınması məqsədilə həmin qida əlavələrinin satış şəbəkələrinə daxil olunmasının qarşısı alınıb və ölkə ərazisində istifadəsi qadağan edilib. Hazırda aşkar olunmuş faktlar əsasında Agentliyin mütəxəssisləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırmalar aparılır. Qida Təhlükəsizliyi Agentliyi bir daha vətəndaşlardan satış şəbəkələrində sözügedən əmtəə nişanlı bioloji fəallığa malik qida əlavələrinin satışı ilə rastlaşsalar və ya bununla bağlı hər hansı şübhəli məqam müşahidə etsələr, bu barədə Agentliyin 1003 "Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələrini xahiş edir. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:21 03.04.2020

ABŞ-da koronavirusa yoluxanların sayı 255 min nəfəri ötdü

22:59 03.04.2020

Tənha insanlara xidmət göstərən şəxslərin hərəkəti sərbəstdir - RƏSMİ

22:48 03.04.2020

Tovuzdakı Qarabağ əlillərinə qoruyucu vasitələr göndərildi

22:34 03.04.2020

Nazirlər Kabineti icazəli şəxsi avtomobillərdən istifadə qaydalarına aydınlıq gətirdi

22:26 03.04.2020

Azərbaycanda tibbi maska qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA

22:12 03.04.2020

Türkiyədə daha 69 nəfər koronavirusdan öldü

21:52 03.04.2020

Nazirlər Kabineti: Hər kəs qaydalara riayət etsə, virusa yoluxma azalacaq

21:44 03.04.2020

Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi

21:12 03.04.2020

İtaliyada bu gün koronavirusdan 766 nəfər öldü

21:02 03.04.2020

Koronavirusa yoluxanların çoxu Bakıdandır - Rayonların statistikası

19:44 03.04.2020

Xaliq Hüseynovdan maarifləndirici video: "Sabahımıza gedən yolu #evdeqal araq işıqlandıraq!"

19:41 03.04.2020

Məşhur stadion müalicə mərkəzinə çevriləcək

19:01 03.04.2020

Gənclər 70 ahıl və aztəminatlı ailəyə zəruri ərzaq məhsulları təqdim edib -Foto

18:34 03.04.2020

Bu ölkə Çinin sərhəd qonşusu olsa da, orada COVID-19-a yoluxma halı qeydə alınmayıb

18:23 03.04.2020

“Koronavirus təkcə ağciyərləri deyil, beyin və ürəyi də zədələyir” - Almaniyada həkim işləyən azərbaycanlı

18:15 03.04.2020

Koronavirusa qarşı peyvənd sınaqdan keçirildi