AQTA: Əllər, qablar və qida hazırlanan səthlər tez-tez yuyulmalıdır

AQTA: Əllər, qablar və qida hazırlanan səthlər tez-tez yuyulmalıdır
SOSİAL
21:58 23.03.2020
2639
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yoluxucu xəstəliklərdən qorunmaq üçün qida ilə necə davranmalı olduğu barədə məlumat hazırlayıb.

AQTA-dan AZXEBER.COM-a verilən məlumata görə, bunun üçün ilk növbədə əllər, qablar və qida hazırlanan səthlər tez-tez yuyulmalıdır:

"Meyvə və tərəvəzlər təmiz yuyulmalı, qidalar lazımi temperaturda bişirilməli və saxlanmalı, bişirildikdən sonra otaq şəraitində saxlanmamalı, dərhal soyudulmalıdır. Eyni zamanda çarpaz çirklənməyə yol verilməməli (məsələn, ət və göyərti yanaşı qoyulmamalıdır) və mətbəx mütəmadi təmizlənməli və dezinfeksiya edilməlidir".
OXŞAR XƏBƏRLƏR