"AQTA zəhərlənmələrin sayını az göstərir, restoranlarda vəziyyət bərbaddı" - Ekspertdən həyəcan təbili

"AQTA zəhərlənmələrin sayını az göstərir, restoranlarda vəziyyət bərbaddı" - Ekspertdən həyəcan təbili
SOSİAL
13:08 24.08.2023
253
Son günlər bəzi ictimai iaşə obyektlərində sanitar-gigiyenik qaydalara əməl olunması ilə bağlı bir sıra nöqsanlara yol verildiyi xəbərlərini görürük. Bu da yay aylarında zəhərlənmənin artmasına səbəb olur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin  (AQTA) məlumatına görə, Novxanıda fəaliyyət göstərən 6 nəfərin zəhərləndiyi ictimai iaşə obyektində ciddi pozuntular aşkar edilib. Həmin müəssisənin fəaliyyətini məhdudlaşdırıb. Daha bir antisanitar vəziyyət "Təndirçi” adlı qida obyektində baş verib.  Belə ki, həmin müəssisədə unitazın yanında çörək bişirildiyi ortaya çıxıb. 

Bəs ictimai iaşə obyeklərindəki bu hallar necə aradan qaldırılmalıdır?

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Bakıdakından çox rayonlardakı vəziyyət daha acınacaqlıdır:

"İctimai iaşə müəssələrində xüsusən regionlarda vəziyyət həddindən artıq acınacaqlıdır. İki gün öncə istehlakçı hüquqlarını qoruyan təşkilatın sədri olaraq, Qusar-Quba regionundakı vəziyyətə baxış keçirdim. Bu obyektlərin mətbəxləri bərbad vəziyyətdədir. Mətbəxlərdə antisanitar şərait hökm sürür. Hər il bu yerlərə hansı təşkilatı təmsil etdiyimi söyləmədən baxış keçirirəm. Əksəriyyətinin mətbəxində üstü-başı kirli qadınlar çalışır. Gəncə-Hacıkənd istiqamətində kiçik çay axır. Bu çayda uşaq bezi yuyan kim, qab yuyan kim. Demək olar ki, 20-yə qədər obyektdə qab yuyan yoxdur. Hamsında kirli, yağlı qablar, heç bir sanitar normadan danışmaq olmaz”.

AİB-in sədri qeyd edib ki, monitorinqə əsasən demək olar ki, bir çox ictimai iaşə obyektində sanitar normalar lazımi səviyyədə deyil:

"Regionlardan xəbər tutmaq lazımdır. Kafe-restoranlar xarici turistlərlə doludur. Bütün bunları həll etmək üçün ictimai nəzarəti gücləndirmək lazımdır. AQTA insanların telefon zənglərinə  operativ cavab verməlidir. Ardıcıl monitorinqlər aparmaq lazımdır. Qabyuma yerləri,  sanitar qovaşaqlar, insanları qəbul etmə həcmi ilə mətbəxin imkanları araşdırılmalıdır.  Təbii ki, belə vəziyyətdə zəhərlənmələrin sayı çox olacaq. Qida Təhlükəsizliyi Agentliyi zəhərlənmələrin sayını az göstərir. Biz belə bir statistika ilə razı deyilik.  Bu sahədə şəffaflıq olmalıdır. Zəhərlənmələr, insan ölümləri düzgün qeyd olunmalı, statistikada aydın görünməlidir”. 

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR