Aquero diskvalifikasiya ediləcək - Azarkeşi vurduğuna görə

Aquero diskvalifikasiya ediləcək - Azarkeşi vurduğuna görə
İDMAN
12:04 20.02.2018
2213
"Mançester Siti"nin hücumçusu Serxio Aquero cəzalandırılacaq.

AZXEBER.COM apasport.az-a istinadən xəbər verir ki, buna səbəb argentinalı futbolçunun azarkeşi vurmasıdı.

Hadisə İngiltərə kubokunun 1/8 final mərhələsinin "Uiqan"la oyunundan sonra baş verib. "Şəhərlilər"in 0:1 hesabı ilə uduzduqları matç bitdikdən sonra ev sahiblərinin azarkeşləri qələbəni bayram etmək üçün meydana axışıblar. Bu zaman fanatlardan biri Aquero ilə toqquşub. Nəticədə argentinalı forvard azarkeşin üzünə zərbə endirib. Həmin an videonun yaddaşına düşüb.

İnsidentə İngiltərə Futbol Assosiasiyası baxacaq. Aqueronun uzun müddətə diskvalifikasiya ediləcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR