Qırmızı bibər də analoji effektə malikdir. Yarım çay qaşığı döyülmüş pul bibərin naharda yeyilməsi yetər ki, iştah pozulsun. Bibərə acılıq verən kapsaisin maddəsi aclıq hissini azaldır, eyni zamanda insana əlavə enerji verir.
İçkilərə dəniz yosunlarının əlavə edilməsi iştahı 30 faiz azalda bilər. İş ondadır ki, yosunlar mədəyə düşəndə bərk ərzaqların imitasiyasını yaradane gelə çevrilir.
Yaşıl çaydakı katehinlər insan orqanizmini daha çox kalori yandırmağa vadar edir və gündəlik enerji sərfiyyatını 40 faizə qədər artırır.
İştahı azaldan digər ünsür yumurtanın tərkibindəki proteindir. Belə ki, səhər yeməyində iki yumurtadan hazırlanmış omlet gün ərzində daha az kalori qəbul etməyə imkan verir. Limondakı təbii toxuma və pektin maddəsi bədəndəki piyi udur, həcm prosesini yavaşıdır. Nəticədə insan az yesə də, onda toxluq hissi yaranır.
Və ən nəhayət, izafi çəkidən qurtulmağın daha bir yolu ən azı 8 saatlıq normal yuxudur. İş ondadır ki, normal yatmayan insanların orqanizmində leptinin miqdarı aşağı, piyin miqdarı isə yuxarı olur. //Milli.Az