"Araik Arutunyan və Ruben Vardanyanın özbaşına Qarabağda nə isə etməsi mümkün deyil" - Politoloq

"Araik Arutunyan və Ruben Vardanyanın özbaşına Qarabağda nə isə etməsi mümkün deyil" - Politoloq
SİYASƏT
15:56 15.12.2022
243
Xəbər verdiyimiz kimi, Şuşa-Xankəndi yolundakı aksiya artıq 4-cü gündür ki, davam edir.
 
Bu gün Araik Arutunyan və Ruben Vardanyan Qarabağda yeni diktatura yaratmaq və yerli əhalini öz əsarətləri altında saxlamaq planını gerçəkləşdirmək istəyirlər. Azərbaycan ictimaiyyəti isə Arutunyan-Vardanyan cütlüyünün diktatura planlarına imkan verməyəcək.

Bəs bu hadisələrin fonunda nə baş verə bilər?
 
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan politoloq Turan Rzayev bildirib ki, nə Araik Arutunyanın, nə də Ruben Vardanyanın özbaşına Qarabağda nə isə etməsi mümkünsüzdür:
 

 

"İstər Araik Arutunyan, istərsə də Ruben Vardanyanın özbaşına Qarabağda nə isə etməsi mümkün deyil. Aydın məsələdir ki, bu məsələdə onlara birbaşa Kremlin dəstəyi var. Ümumiyyətlə, Qarabağdakı qanunsuz daşınmalar, ekoloji terror və s. kimi məsələlərin arxasında Rusiya faktoru mövcuddur. İndiki məqamda, xüsusilə də azərbaycanlı aksiya iştirakçıları haqlı tələblər irəli sürürlər və bu prosesin dərhal dayandırılmasını tələb edirlər. Düzdür, etirazçılar Volkova çağırış etsələr də, əslində bu Kremlə də edilən bir çağırışdır. Rusiyanın separatçıları dəstəkləməsi, himayə etməsinin qanunsuz olduğu bildirilir. Proseslərin hansı fonda dəyişəcəyinə gəldikdə isə, hazırda etiraz aksiyaları davam edir və bunu demək olar ki, aksiyalar məqsədlərə çatana qədər davam edəcək. Hər gün aksiya iştirakçılarının sayı durmadan artır. Azərbaycan ərazisində aktiv keçirilir".
 
Siyasi şərhçi onu da əlavə edib ki, aksiya iştirakçıları konstitusiya hüquqlarına tam əməl edir və beynəlxalq hüquqa uyğun davranış sərgiləyir:
 
"Bu aksiyanın keçirilməsi həm Azərbaycan vətəndaşlarının konstitusiya hüquqlarına, həmçinin beynəlxalq hüquqa uyğun davranışdır. Yəni burada heç bir qeyri-qanuni hərəkət yoxdur. Hesab edirəm ki, aksiya iştirakçılarının tələbləri yerinə yetirilənə qədər bu aksiya davam edəcək. Rusiya sülhməramlılarına gəldikdə isə, onlar da artıq ərazini ələ alıblar. Yeni qüvvələr cəlb edilib, həmçinin konteynerlər yerləşdiriblər. Amma bu cür ucuz həmlələrin faydasının olacağını düşünmürəm. Aksiya iştirakçılarının nə şövqü aşağı düşür, nə də ki, prosesdə bir geri addım atırlar. Prosesin ən yaxşı halda bitməsi üçün sülhməramlılar yalnız geri çəkilməlidirlər. Söhbət təbii ki, 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlıların etməli olduqları şeyləri etməməsindən gedir. Yəni sülhməramlıların fəaliyyəti çərçivəsi 10 noyabr bəyanatında göstərilib. Laçın yolunda qanunsuz daşınmalar, eyni zamanda Azərbaycan ərazisindəki yataqların qanunsuz fəaliyyəti dərhal dayandırmalıdır. Əgər bunlar baş verərsə, aksiya yekunlaşacaq və öz missiyasını tamamlamış olacaq".
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR