Araiklə görüş olub, yoxsa ifadəsi alınıb?

Araiklə görüş olub, yoxsa ifadəsi alınıb?
SİYASƏT
13:06 13.02.2021
2339
"12 fevral, cümə günü Azərbaycanın rəsmi nümayəndəsi separatçıların lideri Arayik Arutyunyanla görüşüb”. Bu barədə erməni mediasına Arutyunyanın "mətbuat katibi” Lusine Avanesyan açıqlama verib.

Avanesyan deyib ki, görüşdə humanitar məsələlər - əsirlərin qaytarılması, itkin düşənlərin axtarışı, onların taleləri və s. müzakirə edilib.

Onun sözlərinə görə, söhbət əsasən keçən əsrin 90-cı illərindəki hərbi əməliyyatlardan sonra taleyi naməlum qalan vətəndaşlardan gedib. Avanesyan deyib ki, müzakirələrin təfərrüatları hələlik açıqlanmır.

Erməni KİV orqanları isə hər zamanki kimi bu faktı dərhal Bakı təmsilçisinin saxta "DQR”in "prezident”i ilə görüşü kimi təqdim etməyə başlayıblar.

"Sputnik Armenia” saytı isə bu təxribatçı xəbərə xüsusi don geyindirib və "detallar” adı ilə primitiv saxtakarlıq edib.

Bu barədə Azərbaycan tərəfinin rəsmi açıqlaması olmasa da, Musavat.com müstəqil mənbələrdən maraqlı detallar əldə edib. Məlum olub ki, əslində söhbət görüşdən yox, Azərbaycan tərəfinin tələbi ilə Araik Arutyunyandan cinayət faktı üzrə onda olan məlumatlar haqqında ifadə almaqdan gedir.

Erməni mənbələrinin yaydıqları xəbərdə də vurğulanır: Mövzu 90-cı illərdə, Birinci Qarabağ müharibəsində itkin düşmüş mülki şəxslərin talelərindən gedir. Erməni mediasının "görüş” dediyi prosedurda da söhbətin ancaq bu barədə getdiyi etiraf edilir.

Sitat: "Söhbət 90-cı illərdəki hərbi əməliyyatlar zamanı taleyi bilinməyən mülki vətəndaşlardan gedirdi. Müzakirələrin təfərrüatlarının hələ açıqlanmayacağı bildirildi...” (Sputnik Armenia)

Məsələ bundadır ki, Azərbaycan əlində olan erməni terrorçularının (rəsmi rəqəmlərə görə 62, amma 140 nəfər iddiası da vardır -red.) geri verilməsi üçün Ermənistan qarşısında şərtlər qoyub. Bu şərtlərdən biri də budur ki, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş, əsir götürülmüş minlərlə mülki azərbaycanlının (4000 civarında-red.) taleyi haqqında məlumat verilsin, onları qətlə yetiriblərsə, kütləvi dəfn olunduqları ərazilərin xəritələri verilsin.

Qeyd olunur ki, Ermənistan Azərbaycanın bu qəti tələbini qəbul edib. Bununla bağlı Azərbaycanın nəzarəti ilə istintaq hərəkətləri başladılıb. Üstəlik də, bu prosesə Ermənistan xüsusi xidmət orqanının yeni rəhbəri Armen Abazyan özü başçılıq edir. Onun, Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovun və Azərbaycan xüsusi xidmət orqanlarının təmsilçilərinin iştirakı ilə Araik Aryutunyan da bu mövzuda (ehtimalən məlumatlı şəxs qismində) dindirilib. Proses Rusiya sülhməramlılarının məsuliyyət zonasında həyata keçirilib. Cani Araik Arutyunyan azərbaycanlı itkin mülkilərlə bağlı dindirilib.

Ermənistan mediası isə həmişəki kimi, murdar və yalan xislətini işə salıb. İstintaq prosedurunu "dqr prezidenti”nin Azərbaycan dövlət məmuru ilə görüşü kimi təqdim ediblər.
 
///Qaynarinfo
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndi Bəyannaməsi qəbul edildi
21:59 03.07.2026
Xankəndi Bəyannaməsi qəbul edildi
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
21:54 03.07.2026
Tanınmış rinoplastik cərrahlar beynəlxalq konqresdə iştirak edirlər - FOTOLAR
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
21:45 03.07.2026
Zaqatalada maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
21:37 03.07.2026
Məktəblərdə tərbiyə işləri üzrə direktor müavinləri aylıq vəzifə əlavəsindən yararlana bilmirlər - VİDEO
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
21:26 03.07.2026
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
21:19 03.07.2026
“Qarabağ”ın oyununa biletlərin satışı sabah başlayacaq - Texniki nasazlığa görə
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
21:12 03.07.2026
Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
Nazirin müşavirinə yeni vəzifə verildi
21:05 03.07.2026
Nazirin müşavirinə yeni vəzifə verildi
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
20:52 03.07.2026
İnterpol xətti ilə axtarılan şəxs Azərbaycana təhvil verəcək
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
20:49 03.07.2026
Azərbaycan nümayəndə heyəti Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib - FOTOLAR
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
20:44 03.07.2026
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
20:36 03.07.2026
Cinayət işləri ilə bağlı vacib qərar: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."
20:28 03.07.2026
Novella Cəfəroğlu: "Çox istərdim ki, "Arzum" ev dustaqlığına buraxılsın..."
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı
20:15 03.07.2026
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı
Daha bir itkin düşmüş şəhidimiz Kəlbəcərdə dəfn olundu - FOTOLAR
20:04 03.07.2026
Daha bir itkin düşmüş şəhidimiz Kəlbəcərdə dəfn olundu - FOTOLAR
Röyadan Arzumun həbsinə münasibət: Məni ağlatdı
19:47 03.07.2026
Röyadan Arzumun həbsinə münasibət: Məni ağlatdı