"Aramızda ciddi nəsə yaşanacağına ümid etməsin" - Rəvan

"Aramızda ciddi nəsə yaşanacağına ümid etməsin" - Rəvan
MAQAZİN
19:03 05.12.2018
8819
İki dəfə ailəsi dağılan Rəvan Qarayev "Şou ATV"də maraqlı etiraf edib.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, Nanə Ağamalıyevanın "Bitdi ailə həyatı?" sualına Rəvanın cavabı aparıcını həm güldürüb, həm təəccübləndirib.

Rəvan artıq ciddi münasibət qurmaqdan qorxduğunu etiraf edib:

"Başım artıq neçə dəfə daşa dəyib. Qorxuram, yenə nə isə olacaq. Mən bilirəm də, bu ürəyə damır, olur! Ona görə də lazım deyil. Sevgi olanda problemlər yaşanır. Elə dost kimi qalasan hamı ilə. Rusların bir sözü var: "He vaxt-heç vaxt demə". Amma hazırda, yaxın gələcəkdə, hardasa 2-3 il olmayacaq.

Sevəcəyim xanım da ümid etməsin ki, aramızda ciddi nə isə yaşanacaq". 
OXŞAR XƏBƏRLƏR