'Aramızda dava-dalaş olmadığı üçün boşanmağımız hamını təəccübləndirdi'

ŞOU-BİZNES
15:50 22.10.2013
1160

"Bu günə qədər nə Harun, nə də mən boşanmağımız haqqında heç yerdə danışmamışıq"

"Hal-hazırda münasibətimiz pis deyil, hələ də dostuq. İki ovladımız var. Son iki ildə münasibətimizi düzəltmək üçün əlimizdən gələni edirdik. Zaman keçdikcə aramızda fikir ayriliqlari yaranmağa başladı.İki mədəni insan kimi razılığa gəlib boşandıq.Aramızda dava-dalaş olmadığı üçün boşanmağımız hamını təəccübləndirdi". AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri keçən ay əri Harun Tandan boşanan Türkiyənin tanınmış modeli Ebru Şallı Cosmopolitan jurnalına verib.

Daha sonra model boşanmalarına uşaqlarının münasibəti haqqında danışıb: "Oğlum balaca olduğu üçün bunu başa düşmədi.Böyük oğlum Beren isə ayrılıqq xəbərini eşıdəndə Brselonaya getdi.İndi ayrılığı qəbul etməklərini gözləyirəm.Ona görə də uşaqlarimla cox vaxt keçirirəm.Zamanla hər şey yaxşı olacaq.Keçmiş həyat yoldaşımla yenidən birlikdə olmağımız xəbəri yalnışdır.Ayrıldıqdan sonra ayri ev tutdum.Usaqlarıma aid olan hissə hələ hazır deyil.Səbəb isə Barselonaya oğlum Berenin yanına getməyimdir. Uşaqlar atası ilə qalır.Mən də daim onların yanındayam".

OXŞAR XƏBƏRLƏR