"Röyanı hər zaman çox sevmişəm. O mənim balaca bacımdır. Aramızda nə olub-bitibsə, nə yaşanıbsa bizə böyük dərs oldu".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "İncə səhər" verilişinə müsahibəsində deyib.
Xalq artisti ortaq layihə üçün bəstəkarlardan təklif gözlədiklərini açıqlayıb:
"Üç saat göyün yeddinci qatında uçduq və çox şeylərdən danışdıq. Bu görüşün nəticəsi çox gözəl olacaq. Artıq bütün bəstəkarlara soraq salmışıq. Bizim üçün hazırlıqlara başlayıblar. Röyanı hər zaman çox sevmişəm. O mənim balaca bacımdır. Aramızda nə olub-bitibsə, bizə böyük həyat dərsi oldu. Bundan sonra yalnız gözəl şeylər olacaq. Ona uğurlar arzu edirəm. Sevincinə sevinirəm. Ürəyimin də, evimin də qapıları ona hər zaman açıqdır. Biz çox görüşəcəyik hələ, möhtəşəm işlər olacaq".
Aysel









































