Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında konstitusiya dəyişikliyi məsələsinin həm də xarici əlaqələrlə bağlı olduğunu deyib.
"Report” xəbər verir ki, həm Ermənistan, həm də Azərbaycan sülhün nizamlanması prosesində hüquqi problemləri görüb və qarşı tərəfə təqdim ediblər: "Amma bu məsələnin ancaq nizamlanma ilə bağlı olduğunu demək mübaliğə olar, mən bu fikirlə razılaşmıram”.
Onun sözlərinə görə, konstitusiya dəyişikliyi ilk növbədə daxili əhəmiyyətli sənəddir.
Qeyd edək ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində yeni konstitusiyaya ehtiyac olduğunu söyləmişdi.