Ararat Mirzoyan və Maqdalena Qrono Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

DÜNYA
18:36 10.01.2025
165
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsini müzakirə ediblər.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Onlar Cənubi Qafqazdakı vəziyyəti, Ermənistan-Aİ tərəfdaşlıq gündəliyinin geniş spektrli məsələlərini müzakirə ediblər. Ötən il əldə edilmiş uğurlar, yeni tərəfdaşlıq gündəliyinin hazırlanması üzrə müzakirələr prosesi və qarşıda duran proqramlar qeyd edilib.
 
///report

OXŞAR XƏBƏRLƏR