Araz Abdullayevin yeni klubu müəyyənləşdi

İDMAN
16:00 10.01.2022
204
"Sumqayıt" klubu Azərbaycan millisinin futbolçusu Araz Abdullayevlə anlaşıb.

Bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

O, 30 yaşlı yarımmüdafiəçi ilə ilkin razılıq əldə olunduğunu və Abdullayevlə yaxın zamanda yeni müqavilə imzalanacağını bildirib.

Qeyd edək ki, Araz Abdullayev yanvarın 5-də Kipr "Etnikos"undan ayrılıb.
 
///report

OXŞAR XƏBƏRLƏR