Araz Əzimov Suriyaya gedən azərbaycanlılardan danışdı

SİYASƏT
12:10 24.02.2014
1024
"Suriyadakı döyüşlərdə ayrı-ayrı Azərbaycan vətəndaşlarının iştirakı Azərbaycanın Suriya ilə münasibətlərinə kölgə sala bilməz"
"Suriyadakı döyüşlərdə ayrı-ayrı Azərbaycan vətəndaşlarının iştirakı ölkəyə və Azərbaycanın Suriya ilə münasibətlərinə kölgə sala bilməz". Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
Suriyada gedən döyüşlərə azərbaycanlilarin da axin etməsini xarici işlər nazirinin müavini şərh edib. Onun sözlərinə görə, bu şəxslər qeyri-qanuni yolla Suriyaya gedib orada hansısa fəaliyyətlə məşğul olurlar və kiminsə həlak olması xoşagələn hal deyil.
"Bunun arxasında həm insanın şəxsi düşüncəsi, həm də konkret maddi maraq dayana bilər. Bildiyiniz kimi, bu cür insanlara adətən muzd verirlər. Buna geniş miqyaslı proses kimi baxılmamalıdır”.

OXŞAR XƏBƏRLƏR