"Araz market"də qazini işə götürməyiblər? - AÇIQLAMA

"Araz market"də qazini işə götürməyiblər? - AÇIQLAMA
SOSİAL
12:46 30.03.2021
2318
"Sumqayıtda yerləşən "Araz market"də qazini işə götürməyiblər. Səbəb kimi onun sənədlərinə baxıb, əsəblərinin yerində olmaması göstərilib".
 
AZXEBER.COM xəbər verir ki, bu fikirləri sosial şəbəkədə jurnalist Xatun Etibarqızı yazıb.
 
O bildirib ki, qazinin işsiz qalmasıni istəmir və ona yardım edilməsini istəyir.
 
AZXEBER.COM məsələ ilə bağlı "Araz Market"in mövqeyini öyrənib. 
 
"Araz supermarketlər şəbəkəsi"nin nümayəndəsi Billurə Əmirova deyib ki, qazinin özü ilə əlaqə saxlanılıb və o müsahibə mərhələsinə dəvət olunacaq: 

"Məsələyə aydınlıq gətirmək üçün bildirək ki, həmin vətəndaş şirkətimizin insan resursları departamentinin nümayəndəsinə müraciət etmədiyinə görə, sadəcə marketdə çalışan əməkdaşdan məlumat aldığı üçün yanlış anlaşılma olub və təəssüf ki, düzgün məlumatlandırılmayb. Şəxsin özü ilə birbaşa əlaqə saxlanılıb, namizədlə müsahibə keçiriləcək, kriteriyalar uyğun gələrsə işlə bağlı dəstək olunacaq".

Billurə Əmirova həmçinin bildirib ki, "Araz" supermarketlər şəbəkəsi daima şəhid və müharibə iştirakçılarının ailələrinə diqqət və qayğı göstərir. 
 
"Xüsusilə bildirmək istəyirik ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olan əməkdaşlarımızın ailələrinə, qazi əməkdaşlara, həmçinin iş üçün bizə müraciət edən qazilərimizə xüsusi diqqətlə yanaşılır. "Araz" supermarketlər şəbəkəsi daima şəhid və müharibə iştirakçılarının ailələrinə diqqət və qayğı göstərir". 
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR