"Araz-Naxçıvan" "İmişli"ni məğlub etdi

"Araz-Naxçıvan" "İmişli"ni məğlub etdi
İDMAN
20:41 03.10.2025
149
"Araz-Naxçıvan" Misli Premyer Liqasında VII turun açılış matçında qələbə qazanıb.

AZXEBER.COM xəbər verir ki, Elmar Baxşıyevin komandası "İmişli"ni evdə 2:0 hesabı ilə məğlub edib.

Qolları Ba-Muaka Simakala (33) və Ülvi İsgəndərov (90+5) vurublar.

"İmişli" hazırda 8 xalla yeddinci pillədə qərarlaşıb. Hesabında 14 xal olan Naxçıvan təmsilçisi isə turnir cədvəlinin zirvəsinə yüksəlib.
OXŞAR XƏBƏRLƏR