“Araz” supermarketlər şəbəkəsi mükafata layiq görüldü

“Araz” supermarketlər şəbəkəsi mükafata layiq görüldü
İQTİSADİYYAT
18:58 27.01.2025
535
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Araz” supermarketlər şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” nominasiyasında mükafata layiq görülüb. Şirkət 2024-cü ildə ekologiya və təbiətin mühafizəsi sahəsində həyata keçirdiyi layihələrə görə seçilənlərdən olub. Mükafat ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tərəfindən "Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimova təqdim olunub. Mükafatlandırılma mərasimində çıxış edən M.Babayev bildirib ki, "Araz” supermarketlər şəbəkəsi nazirliklə sıx əməkdaşlıq edən, həyata keçirilən layihələrdə fəal iştirak edən ən yaxşı tərəfdaşlardan biridir. O, şirkətin təbiətin qorunması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

"Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri R. İbrahimov 2024-cü ilin ən yaxşı tərəfdaşlarının mükafatlandırılma mərasimində iştirak etməkdən, həmçinin bu mükafata layiq görülməkdən məmnun olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, "Araz” supermarketlər şəbəkəsi ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması istiqamətində mütəmadi layihələr həyata keçirir. Xüsusilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - "COP29”un ölkəmizdə keçirilməsini nəzərə alaraq bu sahədə həyata keçirilən tədbirləri daha da genişləndirib. "Araz” "Təbiəti qorumaq mənim əlimdədir” şüarı altında ağacəkmə və təmizlik aksiyaları, ekoçantalardan istifadənin təşviqi layihələri, batareyaların, plastik və şüşə butulkaların toplanılıb təhvil verilməsi, uşaqlar arasında maarifləndirmə layihələri, müsabiqələr, eləcə də digər tədbirlərlə bu sahəyə töhfə verib.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
23:53 17.10.2026
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
23:41 17.10.2026
Tramp İranla müharibə bitdikdən sonra benzin qiymətlərinin düşəcəyini açıqladı
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
23:27 17.10.2026
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib