AZXEBER.COM-un məlumatına görə, “Ərzurumspor” klubunun idman bazasında baş tutacaq toplanışda komanda 2 yoldaşlıq oyunu keçirməyi planlaşdırıb.Avqustun 27-də yerli “Ərzurumspor”la qarşılaşacaq “Araz” 2 gün sonra “Çaykur Rizespor”la görüşəcək. 10 günlük Ərzurum hazırlığının ardından “Araz” Naxçıvana geri dönərək məşqlərini yerli arenada bərpa edəcək.