Türkiyəli gənc futbolçu Arda Güler İspaniyada ilk dəfə olaraq klub televiziyasından başqa mətbuat orqanına müsahibə verib.
AZXEBER.COM xəbər verir ki, Arda Gülər onu transfer edənləri utandırmayıb və bu mövsüm "Real-Madrid”in ən böyük ümidlərindən birinə çevrilib.
İlk dəfə İspaniya mətbuatına müsahibə verən Arda Gülər "La Razon"a danışıb:
""Real Madrid” dünyanın ən böyük klubudur. Mən bura gənc oyunçu kimi gəlmişəm və bu mövsüm çox şey əldə etdik. Ümid edirəm ki, bu uğur gələcəkdə də davam edəcək. Həqiqət budur ki, dünyada hər bir futbolçu "Real Madrid”də oynamaq istəyir. Bunun baş verə biləcəyini bildiyim üçün bura gəldim. Amma mən bura investisiya və gələcək layihə kimi gəlmişəm və ümid edirəm ki, gələcəkdə daha da yaxşı işlər görəcəyəm. Allahın mənə verdiyi istedad sayəsində Real-Madrid"dəyəm”.
Gülay