Arda Güler "Real Madrid"in tarixinə düşdü

İDMAN
14:10 07.07.2023
476
Arda Gülərin transferini açıqladığı "Real Madrid"in paylaşımı 600 mini keçərək klub tarixinin ən çox bəyənilən paylaşımı olub.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bənövşəyi-ağ klub ilə 6 illik müqavilə imzalayan gənc ulduzun transferi ispan azarkeşləri və ölkə mətbuatını təəccübləndirib.

"Fənərbaxça"nın ulduzu ​​ümumilikdə 30 milyon avroya "Real"a transfer olunub.

Beləliklə, Gülər ​​Türkiyə futbolunun ən bahalı transferi kimi tarixə düşüb.

Arda Gülərin transfer açıqlamasından sonra gənc ulduz üçün "Real Madrid"dən ardıcıl paylaşımlar gəlib.
 
Qeyd edək ki, dünya nəhəngi bu gün 18 yaşlı futbolçu üçün imza mərasimi keçirəcək.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR