Arda Gülər Yamalı geridə qoyaraq La Liqanın zirvəsinə yüksəldi

Arda Gülər Yamalı geridə qoyaraq La Liqanın zirvəsinə yüksəldi
İDMAN
11:18 24.12.2024
301
Real Madriddə çıxış edən 19 yaşlı milli futbolçu Arda Gülər ​​göstərdiyi performansla La Liqada dekabr ayının 23 yaşa qədər ən yaxşı oyunçusu seçilib.
 
AZXEBER.COM Türkiyə mətbuatına əsasən xəbə verir ki, "Barselona"nın gənc ulduzu Lamine Yamalı geridə qoyan Gülər ​​karyerasında ilk dəfə bu mötəbər mükafatı qazanıb.

Bu mövsüm Real Madriddə cəmi 20 matçda forma geyinən Arda Gülər ​​1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 
xatırladaq ki, Arda Gülər ​​dekabrda 5 matçda oynamaq şansı qazanıb və meydanda fərq yaratmağı bacarıb. "Xetafe" matçında 1 qol vuran milli ulduz "Rayo Valyekano" matçında 2 məhsuldar ötürmə edərək komandasının qələbəsində mühüm rol oynayıb. Bu performans ona ayın ən yaxşı gənc oyunçusu mükafatını qazandırıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR