Arda “Qalatasaray”a qayıdır

Arda “Qalatasaray”a qayıdır
İDMAN
19:41 02.11.2017
1811
"Barselona”nın yarımmüdafiəçisi Arda Turan klubunu dəyişməyə hazırlaşır.
 
Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 30 yaşlı futbolçunun yenidən Türkiyəyə dönmək ehtimalı yaranıb.
 
Ernesto Valverdenin gəlişindən sonra, ümumiyyətlə, oyunların iştirak ərizəsinə salınmayan Ardanın sabiq komandası "Qalatasaray”a qayıtmaq şansı yüksək qiymətləndirilir. Avropada daha bir neçə klubun maraq dairəsində olan Türkiyə millisinin kapitanını "cim-bom” qış fasiləsində icarəyə götürmək niyyətindədi.
 
Qeyd edək ki, 2005-2011-ci illərdə "Qalatasaray”ın formasını geyinən Arda Turan "Barselona”ya 2015-ci ildə "Atletiko”dan keçib.
OXŞAR XƏBƏRLƏR