“Atletiko Madrid” – “Barselona” matçında Arda Turanın hərəkəti gecəyə damğa vurdu.
Bu gecə İspaniya kubokunun ¼ final mərhələsinin cavab matçında “Barselona” səfərdə “Atletiko Madrid”in qonağı olub.
İlk matçda öz meydanında 1-0 qalib gələn “Barselona” səfərdə də 3-2 hesabı ilə üstün olaraq yarımfinala yüksəlib.
Matça damğa vuran hərəkətə isə “Atletiko Madrid” türk futbolçusu Arda Turandan gəlib. Matçın 48-ci dəqiqəsində “Barselona”nın müdafiəçisi Dani Alveş Arda Turanın ayağına zərbə endirib və nəticədə onun ayaqqabısı çıxıb. Epizod isə yan xətt hakimin gözü qarşısında baş verib.
Alveşin bu hərəkətini qayda pozuntusu kimi qiymətləndirməyən hakimin qərarına əsəbiləşən Arda Turan, ayaqqabısını yan xətt hakiminə doğru atıb. Oyunu dayandıran baş hakim türk futbolçunu sarı kartla cəzalandırıb.
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone 63-cü dəqiqədə dəyişiklik edərək Arda Turanı oyundan çıxarıb və sarılaraq onu təsəlli edib.