Bu gün səhər saatlarında ispaniyanın “Atletiko de Madrid” və media nümayəndələri paytaxtımıza gəzintiyə çıxmışdılar.AZXEBER.COM-un Bakı FK-nun rəsmi saytına istinadən verdiyi xəbərə görə, ilk öncə qonaqlar Fəxri Xiyabanı ziyarət etdilər. Ümummilli lider Heydər Əliyevin məzarına əklik və güllər qoyuldu. Həmçinin görkəmli oftalmoloq, akademik Zərifə Əliyevində xatirəsi də yad edildi.Bundan sonra qonaqlar Şəhidlər Xiyabanına gəldilər. İspanlara 20 yanvar qanlı hadisələr barədə ətraflı məlumat verildi. Olkəmizin azadlığı uğrunda həyatlranı qurban verən şəhidlərin məzarlarına əklik və gül dəstələri qoyuldu. Ardınca İspaniyalı qonaqlar bizim soydaşlarımızı erməni soyqırımnan xilas edən türk asgərlərin şərəfinə ucadılmış abidəsini ziyarət etdilər.Sonra qonaqlar Dövlət Bayrağı Meydanında oldular. Ulduz futbolçuları gənc futbol həvəskarları qarşıladılar. Görüş mehriban tərzdə keçdi və uşaqlar sevimli futbolçularla xatirə şəkilləri çəkdilər.Günorta saatlarında “Ramada” otelində fəxri qonaqların şərəfinə ziyafət verildi.