Arda Turan ''Qalatasaray''lıları qəzəbləndirdi - FOTO

İDMAN
11:34 01.12.2012
1682

Türkiyə millisinin yarımmüdafiəçisi Arda Turan sabiq komandası “Qalatasaray”ın azarkeşlərinin qəzəbinə səbəb olan addım atıb.

AZXEBER.COM-un məlumatına görə, Ardanın basketbol üzrə Avropa Liqasının “Real”la oyunu üçün Madriddə olan “Fənərbaxça”nın düşərgəsinə baş çəkməsi “Cim-bom”luların narazılığına səbəb olub. Onlar sosial şəbəkələrdə şərhlərində “Qalatasaray”ın əzəli rəqibi olan “Fənərbaxça”ya belə münasibəti Ardaya yarışdırmayıblar.

Qeyd edək ki, Arda “Atletiko”dakı komanda yoldaşı Əmrə ilə birgə “Fənərbaxça”nın basketbol komandasının düşərgəsinə gedib.

OXŞAR XƏBƏRLƏR