Futbol üzrə Türkiyə yığmasının və İspaniyanın “Atletico” klubunun yarımmüdafiəçisi Arda Turan Azərbaycana səfəri çərçivəsində komandasının əsas diqqət mərkəzində olan üzvlərindəndi. Ötən gün türkiyəli futbolçu Azərbaycan futbolunun veteranlarından Ələkbər Məmmədovla görüşüb.Görüşdə Premyer Liqanın bəzi klublarının nümayəndələri də iştirak ediblər. “Turan”ın nümayəndəsi isə Ardaya klubun şərfini verib və ona Tovuz təmsilçisinə keçməyi təklif edib.