Arda Turan Türkiyə klubunun baş məşqçisi təyin olundu

İDMAN
18:56 14.04.2023
345
Türkiyə millisinin və "Qalatasaray" klubunun sabiq futbolçusu Arda Turan baş məşqçiliyə başlayıb.

36 yaşlı keçmiş yarımmüdafiəçi 1-ci Liqada çıxış edən "Eyüpspor"un sükanı arxasına keçib.

Klubun vitse-prezidenti Fatih Kulaksız məlumatı təsdiqləyib.

Qeyd edək ki, Arda Turan ötən il karyerasını başa vurub. O, ölkəsində "Manisaspor" və "Başakşehir", İspaniyada isə "Atletiko" (Madrid) və "Barselona" klublarının da şərəfini qoruyub.
OXŞAR XƏBƏRLƏR