Arda Turana baş məşqçilik təklifi

Arda Turana baş məşqçilik təklifi
İDMAN
20:54 23.06.2022
325
Türkiyə millisinin sabiq kapitanı Arda Turan məşqçiliyə başlaya bilər.

AZXEBER.COM saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi sabiq klubu "Atletiko”dan təklif alıb.

Madridlilər "Qalatasaray”dan yenicə ayrılan və hazırda azad agent statusu daşıyan ulduz futbolçudan karyerasını bitirməyini və "Atletiko”nun U-17 komandasının baş məşqçisi çalışmağını istəyib. Lakin Arda futbolu bitirib-bitirməməklə bağlı qərar verməyə tələsmir.

Qeyd edək ki, Arda Turan karyerası ərzində "Qalatasaray”, "Manisaspor”, "Atletiko”, "Barselona” və "Başakşəhər” klublarının formasını geyinib.
OXŞAR XƏBƏRLƏR