Uzun müddətdir "Qalatasaray”a qayıdacağı deyilən Arda Turan gözlənilməz qərar qəbul edib.
AZXEBER.COM Offside.com.az-a istinadən xəbər verir ki, bu barədə "Habertürk” qəzeti məlumat yayıb.
İddia olunur ki, Taliskanın Çinə getmək ehtimalını nəzərə alan "Beşiktaş” Ardaya elçi düşüb və təklifini futbolçuya çatdırıb. "Barselona”nın türk ulduzu isə artıq təklifi qəbul edib.
"Beşiktaş”ın məqsədi futbolçunu mövsümün sonunadək icarəyə götürməkdir. Ardanın özünün və ailəsinin "Qalatasaray”dan incik olduğu üçün bu addımı atdığı bildirilir