'ARDNŞ-in illik peşəkar kadr təlabatını ödəyə bilmirik'

İQTİSADİYYAT
20:00 01.10.2013
1835
“ARDNŞ-in illik peşəkar kadr təlabatını ödəyə bilmirik”. Bunu ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Qobustan Regional Təlim Tədris Mərkəzinin açılışında jurnalistlərə müsahibəsində deyib. 
Onun sözlərinə görə, ildə 5 minə yaxın işçi yerini dəyişir. Ona görə yeni işçilər tələb olunur. “İnsan Resursları departamenti elanlar verir. İxtisaslı peşəkar mütəxəssiləri axtarır. Peşə məktəblərində hazırlanan kadrlar daha effektli olur. Ona görə də çalışırq ki yeni peşə məktəbləri tikilsin və mütəxəssislər hazırlansın. Regionlarda yeni daha bir neçə peşə məkəbinin tikilməsi də nəzərdə tutulur”.

OXŞAR XƏBƏRLƏR