ARDNŞ-nin təlim mərkəzlərinə sənəd qəbulu başladı

İQTİSADİYYAT
17:10 20.05.2013
2311

ARDNŞ-nin təlim mərkəzlərinə sənəd qəbulu üzrə Qəbul Komissiyası Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Kadr hazırlığının təşkili Mərkəzinə və Qobustan Təlim, Tədris Mərkəzinə şagird qəbulu üçün müsabiqə elan edir. 

AZXEBER.COM-un məlumatına görə, müsabiqədə Azərbaycan Respublikasının vətəndaşları, yaşı 29-dan çox olmayan, həqiqi hərbi xidmət keçmiş (oğlanlar üçün), orta, orta ixtisas və texniki peşə təhsilli (natamam orta və ail təhsilli gənclər müraciət edə bilməzlər), iştirak etmək hüququna malikdirlər. Müraciətlər elektron formada qəbul olunur. İddiaçılar, tələb olunan sənədlər və qaydalar haqqında məlumatı"Qəbul qaydaları"bölməsindən oxuya, elektron müraciət formasını isə"Müraciət et"bölməsində doldura bilərlər.

Müraciət üçün son tarix:7 iyun 2013-cü il

OXŞAR XƏBƏRLƏR