ARDNŞ üzrə sərbəstləşən işçilər barədə Proqram təsdiqlənib

ARDNŞ üzrə sərbəstləşən işçilər barədə Proqram təsdiqlənib
İQTİSADİYYAT
10:30 21.01.2014
1679
“Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram” təsdiq edilib.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı şirkətin prezidenti Rövnəq Abdullayev əmr imzalayıb.
Əmrdə bildirilir ki, Azərbaycanın milli neft şirkəti kimi beynəlxalq aləmdə rəqabət qabiliyyətinin artırılması, fəaliyyətinin səmərəliliyinin təmin edilməsi və aparıcı neft şirkətləri sırasına çıxmaq məqsədi ilə SOCAR tərəfindən həyata keçirilən ardıcıl islahatlar bir sıra yeni iş yerlərinin açılması, yeni istehsal sahələrinin yaradılması ilə yanaşı, həm də az səmərəli və effekt verməyən biznes proseslərinin aradan qaldırılması zərurəti yaradır:
“Bazar iqtisadiyyatı prinsiplərinə, nüfuzlu beynəlxalq audit şirkətlərinin tövsiyələrinə, habelə şirkətin risklərin idarə edilməsi siyasətinə uyğun olaraq müəyyənləşdirilən həmin proseslərin təkmilləşdirilməsi, bir qayda olaraq, idarəetmə strukturunda müəyyən dəyişikliklərin aparılmasını şərtləndirir.
Bu dəyişikliklər isə öz növbəsində bəzi müəssisələrdə əmək şəraiti şərtlərinin dəyişməsinə və müəyyən sayda işçi heyətin sərbəstləşməsinə səbəb olur”.
Əmrdə daha sonra bildirilir ki, SOCAR daim işçilərinin həyat səviyyəsinin yüksəldilməsini, sosial dayanıqlığının təmin olunmasını diqqət mərkəzində saxlayır.
Qeyd olunur ki, insan resurslarının idarə edilməsində yeni standartların yaradılması, bu standartlar vasitəsilə sərbəstləşən işçilərin Şirkət sistemində iş yerləri ilə təmin olunması, onlara müxtəlif proqramlar üzrə müavinətlərin ödənilməsi kimi tədbirlər bu istiqamətdə atılmış real addımlardandır:
“Müvafiq situasiyalarda müstəsna hal kimi orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi barədə SOCAR-ın və Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq Əmr-Qərarları qəbul edilib.
Bununla da indiyə qədər sərbəstləşmiş çox sayda işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında müavinət ödənilməsi həyata keçirilib”.
Həmin proqramdan hal-hazırda da xeyli işçinin yararlandığı bildirilir və şirkətin  sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin olunması istiqamətində tədbirlərinin davamlı olacağı bir daha vurğulanır.
Həmin əmrlə “Şirkətin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair Proqram” təsdiq edilib.
Əmrdə sərbəstləşən işçilərin Proqrama qoşulmaq üçün müraciət etmə müddəti, Proqramın qüvvədə olma müddəti müəyyən olunub.
Proqramın icrasının həyata keçirilməsi məqsədi ilə şirkətin Hüquq İdarəsinin rəisi Eldar Orucovun sədrliyi ilə daimi fəaliyyət göstərəcək Komissiya yaradılıb.
Komissiyaya Proqrama qoşulmuş sərbəstləşən işçilərin SOCAR-ın strukturuna daxil olan müəssisələrdə yerləşdirilməsi, bu mümkün olmadıqda isə icraçı qurumla birlikdə onların kənar təşkilatlarda, Şirkətin podratçıları, subpodratçıları, eləcə də şirkət ilə müqavilə münasibətlərində olan digər təşkilatlarda yerləşdirilməsi üçün qanunvericiliyə və müvafiq müqavilələrin şərtlərinə uyğun olaraq tədbirlər görülməsi tapşırılıb.
Əmrdə həmçinin Komissiyanın vəsatəti əsasında Proqram iştirakçılarının ixtisasının artırılması məqsədilə lazımi tədbirlərin həyata keçirilməsi haqqında tapşırıqlar da verilib.
Həmin əmrlə təsdiq edilən və bu əmrə əlavə olunan “Şirkətin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair Proqram”da göstərilir ki, bu Proqramın iştirakçısı olan sərbəstləşmiş işçilərə əvvəllər aldıqları orta aylıq əmək haqqının 50%-i həcmində müavinət ödənilməsi və onların SOCAR-ın digər müəssisələrində və ya kənar təşkilatlarda yerləşdirilməsi təmin olunacaq.
Qeyd olunur ki,  bunun üçün sərbəstləşmiş işçilər müəyyən edilmiş müddət ərzində sonuncu iş yeri üzrə işəgötürənə müraciət etməklə proqrama qoşula bilərlər.
Sərbəstləşən işçinin SOCAR-ın daxili normativ sənədlərinə uyğun olaraq müəyyən edilmiş qaydada orta aylıq əmək haqqının 5 misli miqdarında müavinət almaq hüququ da saxlanılır.
Beləliklə, sərbəstləşən işçiyə seçim imkanı yaradılır: o, orta aylıq əmək haqqının 5 mislinin alınması ilə bağlı müvafiq qaydada müraciət etməkdə, yaxud da bundan imtina edərək şirkətin həyata keçirdiyi yeni Proqrama qoşulmaqda sərbəstlik əldə edir.
Proqrama görə, sərbəstləşən işçinin sosial təminatı ən azı bir il müddətində təmin olunur, bu müddət ərzində ixtisasartırmaya ehtiyacı olan işçilər üçün müəyyən kurslar təşkil edilir:
“Proqram çərçivəsində müvafiq dövlət orqanları, işə düzəltmə agentlikləri və digər təşkilatlarla əlaqələr qurulacaq, sərbəstləşən işçilərin yeni iş yerləri ilə təmin olunması üçün zəruri tədbirlər görüləcək”,-deyə məlumatda qeyd olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
Ramazanda halsızlıq yaşamamaq üçün nə etməliyik? - Tövsiyələr
18:27 26.02.2026
Ramazanda halsızlıq yaşamamaq üçün nə etməliyik? - Tövsiyələr