Elmar Məmmədyarov Xorxe Robollonun etimadnamələrinin surətini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın Azərbaycana yeni təyin olunmuş müvəqqəti işlər vəkili Xorxe Roballonu qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, etimadnamələrinin surətini E.Məmmədyarova təqdim edən X.Roballo Azərbaycana müvəqqəti işlər vəkili təyin olunmasından məmnun olduğunu qeyd edib. Ölkələr arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayan diplomat Argentina-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib. E. Məmmədyarov təyinatı münasibətilə onu təbrik edib, gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.