Argentinanın şəhəri Bahia Blancada həftə sonu baş verən şiddətli qasırğa nəticəsində ölənlərin sayı artıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Buenos-Ayres əyalətində də fövqəladə vəziyyət elan edilib.
Buenos-Ayres əyalətinin qubernatoru Aksel Kicillof davam edən şiddətli fırtına səbəbindən əyalətdə fövqəladə vəziyyətin (OHAL) elan edildiyini və indiyədək 14 nəfərin öldüyünü açıqlayıb.
Bölgədə küləyin sürətinin saatda 150 kilometrə qədər artdığını bildirən Kicillof mülki müdafiə qruplarının işlərini davam etdirdiyini qeyd edib.
Ayşən