Argentinada çempionluq paradından sonra 13 nəfər saxlanıldı

İDMAN
18:35 21.12.2022
256
Buenos-Ayresdə Argentina millisinin dünya çempionatındakı qələbəsi şərəfinə keçirilən paraddan sonra 13 nəfər saxlanılıb.

AZXEBER.COM Report-a istinadən bildirir ki, polis həmin şəxsləri Obeliks abidəsinə girdikləri üçün tutub.

Onlardan biri abidənin yuxarı hissəsinə qalxıb. Bundan əlavə, çempionluq paradı zamanı 30-dan çox insan xəsarət alıb.

Qeyd edək ki, Qətərdə keçirilən DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edən Argentina seçməsi tarixində 3-cü dəfə titula sahib çıxıb.
OXŞAR XƏBƏRLƏR