Qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 39yaşlı gənc qadının sidik kisəsindən 1 kiloqram ağırlığında, 18 santimetr uzunluğunda daş çıxarılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Manisa bölgəsində baş verib.
Belə ki, Manisada yaşayan 39 yaşlı Birgül Büyükmanisa qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. Burada urologiya xidmətinə göndərilən Büyükmanisanın sidik kisəsində kütlə aşkarlanıb.
Qadın aşkar edilən kütləni çıxarmaq üçün əməliyyat masasına yatırılıb. Uzun səylər nəticəsində 1 kilo 6 qram ağırlığında, 18 santimetr uzunluğunda daş çıxarılıb. Əməliyyat zamanı bu nəhəng daşın götürülməsi böyük sevincə səbəb olub və 10 ildir yaşadığı ağrılar səbəbindən bütün həyatı alt-üst olan Büyükmanisa yenidən həyata qayıdıb.
Həkimləri belə təəccübləndirən vəziyyətin Türkiyədə və dünyada bənzərinin baş verib-vermədiyi araşdırılır.
Oksana