Arif Alışanovun tərəfdarları da Qulu Məhərrəmlini məhkəməyə verir

Arif Alışanovun tərəfdarları da Qulu Məhərrəmlini məhkəməyə verir
MEDIA
17:17 01.04.2016
1343
Xəbər verdiyimiz ki, Əməkdar jurnalist Qulu Məhərrəmli AzTV-nin sədri Arif Alışanovla arasındakı qalmaqala qoşulan 2 jurnalisti - Rauf Rəcəbov və İlhamə Novruzovanı məhkəməyə verib. Q.Məhərrəmli jurnalistləri onun nüfuzuna xələl gətirən yazılarla çıxış etdikləri üçün belə bir addımı atdığını açıqlayıb.
Rauf Rəcəbov bildirib ki, o da Q.Məhərrəmlini məhkəməyə verməyə hazırlaşır: “Qulu Məhərrəmli Azərbaycan televiziyasının 60 illiyi ilə bağlı yazı hazırlamışdı. Mən də həmin yazıya cavab vermişdim. Onun məhkəməyə müraciət etmək hüququ var. Amma məhkəmədə bizim də deyiləsi sözümüz çox olacaq. Mən uzun müddət Qulu Məhərrəmli ilə bir yerdə işləmişəm. Düşünürəm ki, mənə qarşı etdiyi haqsızlıqların cavabını hələ almayıb. Ona görə də mən də onu məhkəməyə verməyə hazırlaşıram”.
İlhamə Novruzova isə Q.Məhərrəmlinin onu məhkəməyə verməsini mətbuatdan oxuduğunu deyib: “Bu barədə rəsmi məlumatım yoxdur. Mənim AzTV ilə heç bir bağlantım mövcud deyil. Mən həmin yazını Qulu Məhərrəmlinin yazısına qarşılıq olaraq yazmamışam. Bir jurnalist kimi araşdırmalarımın nəticəsini yazmışam. O ki qaldı, Qulu Məhərrəmlinin məhkəməyə müraciət etməsinə, bu onun konstitusion hüququdur. Mən yazımı yalnız faktlara söykənərək yazmışam. Onlar da mənim müdafiəmi qurmaq üçün yetərincədir”.
qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. A.Alışanovun ərizəsində həmin pulu körpələr evinə verəcəyini göstərib. İşə aprelin 7-də hakim Etibar Hümbətovun sədrliyi ilə baxılacaq. A.Alışanov həmçinin Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib.
///AzNews.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO