"Heydər Əliyev Fondu Arif Babayevin sənətinə və yaradıcılığına daim diqqət edirdi"
AZXEBER.COM xəbər verir ki, bu sözləri xalq artisti Arif Babayevlə vida mərasimində çıxış edən Mədəniyyət naziri Adil Kərimli deyib.
Nazir həmçinin xalq artistinin müalicəsinin dövlət tərəfindən nəzarətdə olduğunu deyib:
"Arif Babayev uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. Onun müalicəsi birbaşa olaraq dövlətimizin nəzarətində idi. Ancaq təəssüf ki, həkimlərimizin səylərinə baxmayaraq xalq artisti Arif Babayev bu gün səhər saatlarında vəfat edib. O cismən aramızdan ayrılsa da, xatirəsi hər zaman yaşayacaq".
Qeyd edək ki, Arif Babayev 1938-ci il fevralın 20-də Ağdamın Sarıhacılı kəndində anadan olub.
Günel