Arif Babayev Təcili Tibbi Yardım maşını ilə Bakıya yola salınıb
MAQAZİN
17:20 24.07.2025
405
Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayev səhhətinin ağırlaşması səbəbilə Qax rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
AZXEBER.COM-a açıqlama verən Xalq artistinin oğlu Yaşar Babyev mümkün olan ilk şəraitdə onun Bakıya gətirilərək "Yeni klinika"ya yerləşdiriləcəyini demişdi.
Əldə etdiyimiz məlumata görə Arif Babayev qısa müddət öncə Bakıdan Qaxa göndərilən Təcili Tibbi Yardım maşınına yerləşdirilərək yola salınıb. Aysel Hacızadə