Arif Hacılı anasının dəfn mərasimində iştirak edə biləcək

Arif Hacılı anasının dəfn mərasimində iştirak edə biləcək
12:24 31.05.2012
1216
Ədliyyə Nazirliyi Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının anasının dəfn mərasimində iştirak etməsinə icazə verib.Ədliyyə Nazirliyindən verilən məlumata görə, Hacılının bununla bağlı müraciətinə baxılıb və onun yas mərasimində iştirak etməsi üçün 7 gün müddətinə cəzaçəkmə müəssisəsindən çıxmasına icazə verilib. Hacılı PX-nin əməkdaşının müşayəti ilə yas mərasimində iştirak edəcək.Bildirilib ki, hazırda sənədləşmə aparıır və yaxın saatlarda Hacılı cəza çəkdiyi 16 saylı müəssisədən evə buraxılacaq.Qeyd edək ki, dünən Arif Hacılının anası vəfat edib.Hacılı İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi razılaşdırılmamış etiraz aksiyasında saxlanılıb, məhkəmənin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR