Arif Hacılı deputatlığa namizəd olacaq

SİYASƏT
14:50 04.08.2015
1001

Müsavat Partiyasının başqanı Arif Hacılı bu ilin noyabrında keçiriləcək parlament seçkilərində namizəd qismində iştirak edəcək

Bu barədə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

O bildirib ki, partiya başqanın seçkiyə qatılacağı dairə bəlli olsa da hələlik partiya bunu açıqlamır.

Qeyd edək ki, artıq partiya 70-dən çox dairədən namizədini müəyyənləşdirib və digər dairələrdən də namizədlərin müəyyənləşdirilməsi istiqamətində iş gedir.

OXŞAR XƏBƏRLƏR