Müsavat partiyasının yeni seçilən başqanı Arif Hacılı öz partiya üzvlərinə çağırış edib.
Arif Hacılı deyib ki, başqan olandan sonra bütün opponentlərini birliyə çağırıb. “Amma qurultayın nəticələrindən narazı qalanlar partiyaya gəlmirlər, çağırışlarımıza cavab vermirlər. Biz onların bütün təkliflərini müzakirə eməyə hazırıq. Necə ola bilər ki, onlar qərargaha gəlməsinlər. Müsavatın hər bir üzvü mənim üçün əzizdir. Müsavatın Məclis üzvü Hikmət Hacızadə müsavatçıları moratorium elan etməyə çağırıb. Mən də moratoriuma qoşuluram. Facebook-da aşağılayıcı yazılar yazmaq olmaz. Başqaları yazırsa, yenə siz yazmayın. Xahiş edirəm, bunu durdurun”, - deyə başqan əlavə edib. Qeyd edək ki, dünən Müsavatda təmsil olunan 9 gənc partiya sıralarını tərk etmələrilə bağlı bəyanat yayıb.