Müsavat partiyasının başqanı Arif Hacılı 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə bağlı təbrik məktubu yayıb. AZXEBER.COM xəbər verir ki, təbrik məktubunda başqan bir daha Müsavat partiyasının üzvlərinə səslənib: “Əziz dostlar, Müsavat partiyasında keçirilən seçkilər zamanı rəqabət şəraitində irəli sürülən iradları, ittihamları, hətta etik normaları aşmış olsa belə unudacağımı demişdim. Hər kəsi də 27 sentyabr qurultay günündən sonra əvvəlki rəqabəti unutmağa, birgə fəaliyyət göstərməyə çağırmışdım. Əksər partiya üzvləri bu çağırışa qoşulsalar da qarşılıqlı ittihamlar tam aradan qaldırılmadı. 18 oktyabr istiqlal günündə bir daha partiya üzvlərinə səslənirəm. Partiyada bu günədək olan ittihamları, təftişçilik meylləri ilə bağlı hərəkətləri seçki kampaniyası kontekstində olan fəsadlar kimi dəyərləndirib unutmağa çalışaq. Təhqir və böhtanlar istisna olmaqla partiyanı tərk edənlərlə bağlı sərt mövqeyimizdə qalmaqla olub keçənləri unudaq. Qucaqlaşaq. Yolumuza hər bir partiya üzvü ilə birlikdə davam edək. Hər birinizi bir daha Milli İstiqlal günü münasibəti ilə təbrik edirəm”.