Arif Quliyevin məzar daşının hazırlanması üçün ailəsinin maddi imkanı yoxdur

MƏDƏNİYYƏT
14:05 18.06.2021
842
Mərhum Xalq artisti Arif Quliyevin məzar daşının hazırlanması üçün ailəsinin maddi imkanı yoxdur. Aktyorun ailə üzvləri bunun üçün Mədəniyyət Nazirliyindən dəstək gözləyir.

Ötən gün isə mərhum sənətçinin həmkarı Natiq Fərzəliyev Xalq artistinin məzar daşının düzəldilməsi üçün ailəsinin maddi imkanının olmadığını bildirib.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Nahidə Orucova həmkarına qarşı bu cür laqeyd münasibətin yolverilməz olduğunu deyib:

"Bunu mən də eşitdim. Mənim fikrimcə, hər bir aktyor, ələlxüsus da Xalq artisti diqqət mərkəzində olmalıdır. Hər halda Arif Quliyev mədəniyyət sahəsi üçün az şey etməyib. Onun da özünəməxsus obrazları, yumoru var idi. Allah rəhmət eləsin. Arif Quliyevin dünyasını dəyişməsi bizə çox böyük zərbə oldu. Əsl sənətkarlar bir-bir aradan gedir, bu, çox ağırdır. Onun ölümü teatrımıza və mədəniyyətimizə də ağır itkidir. Ona görə də ölümündən sonra birləşib ortaya nəsə çıxartmaq olar. Ən azından birləşib qəbirüstü daşını götürmək olar”.

Qeyd edək ki, Arif Quliyev Qaradağ rayonu "Qurd qapısı” qəbiristanlığında dəfn olunub. Ölümündən 40 gün keçməsinə baxmayaraq, aktyorun qəbirüstü daşı hələ də hazırlanmayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:26 25.09.2021

Azərbaycan Ordusunda çağırışçıların hərbi hissələr üzrə bölgüsü keçirilib

15:17 25.09.2021

ABŞ Prezidenti: üçüncü vaksinasiya hər kəs üçün pulsuz və əlçatan olacaq

15:09 25.09.2021

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru təyin olundu

15:00 25.09.2021

İƏT-in Komissiyası Ermənistanın Azərbaycan xalqına qarşı cinayətlərinə dair hesabat hazırlayacaq

14:45 25.09.2021

Bakıda öldürülən müğənninin qətlinin təfərrüatı məlum oldu

14:37 25.09.2021

Kriminal dünyada böyük savaş - "Lotu Quli"nin rəqibi sıradan çıxarılır

14:24 25.09.2021

"Yeni Klinika": "Elnur Əşrəfoğlunun vəziyyətində dəyişiklik yoxdur"

14:16 25.09.2021

Sərdar Ortaç “Beşiktaş”dan üzr istədi: “Tərbiyəsizlik etdim, çox peşmanam”

14:07 25.09.2021

Qəzet əməkdaşı qəfil öldü

14:03 25.09.2021

Türkiyədə qandonduran hadisə: Körpəni diri-diri torpağa basdırdılar - VİDEO

13:54 25.09.2021

Zərdabda arvadını boğaraq öldürən şəxs 12 il azadlıqdan məhrum edilib

13:47 25.09.2021

Mədəniyyət naziri kinoteatrların açılması ilə bağlı qərara münasibət bildirib

13:39 25.09.2021

Nazir: "YUNESCO-nun ədalətli və qərəzsiz mövqe tutmasını gözləyirik"

13:30 25.09.2021

Rayon xəstəxanasında həkim tapılmır? - VİDEO

13:22 25.09.2021

Bakıda təmir etdikləri evdən 24 min manatlıq oğurluq edənlər saxlanıldı - VİDEO

13:10 25.09.2021

Şeyxin qudası “at oynadır” - VİDEO