Arif Quliyevin səhhətində ciddi problem yaranıb

MƏDƏNİYYƏT
15:56 10.01.2014
2073

"Xəstəxanaya getsəydim hər kəs gələcəkdi, səs-küy yaradacaqdılar"

Xalq artisti Arif Quliyevin səhhətində ciddi problem yaranıb. Yumor ustası ANS PRESS-ə açıqlamasında, əsas probleminin beyindaxili sinirlərinin tutulması ilə bağlı olduğunu bildirdi: "İranda yüngül əməliyyat da keçirmişəm. Bir də yerişimdə problem var. Sağ ayağım bir balaca axsayır. Bu, onurğa ilə əlaqədardır. Yavaş-yavaş bu xəstəlik də inkişaf edir. İlyarımdır ibu xəstəliklə vuruşuram."Aktyor səhhətində yaranmış problemlər üzündə İranda və Türkiyədə müalicə aldığını deyir: "Əvvəlcə 12 gün İranda, daha sonra isə 20 gün Türkiyədə özəl xəstəxanada müalicə aldım. Bayramı Vətənimdə olmaq istədiyim üçün Yeni il öncəsi Azərbaycana qayıtdım. "Saytımıza məlumat verən aktyor bildirib ki, hal hazırda vəziyyəti normaldır: "Türkiyədə olanda halım pis idi, amma indi şükür olsun Allaha normalam. Özüm istədim ki, burada evimdə, evdə müalicə olunum, xəstəxanaya getsəydim hər kəs gələcəkdi, səs-küy yaradacaqdılar".Aktyor bunuda qeyd edib ki, bəzi xəbər saytlarında onun hər kəsdən kömək istədiyi yazılıb, amma bu doğru deyil. Heçkəsin mənə borcu yoxdur, kömək edənlərdə sağ olsun etəyənlərdə.

OXŞAR XƏBƏRLƏR