"Aris" rəsmisi: "Neftçi"nin Bakıda daha yaxşı oynayacağını gözləyirik"

"Aris" rəsmisi: "Neftçi"nin Bakıda daha yaxşı oynayacağını gözləyirik"
İDMAN
18:59 26.07.2022
294
"Cavab matçında "Neftçi"nin daha yaxşı çıxış edəcəyini gözləyirik. Buna görə ehtiyatlı olmalıyıq".

Bunu Kiprin "Aris" klubunun mətbuat xidmətinin rəhbəri Kostas Papadopulos UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya səfər zamanı yerli mətbuata açıqlamasında deyib.

O, səfərə üstünlüklə yollandıqlarını xatırladıb: "Bu, tarixi oyundur. İş yarımçıq qalıb. Cümə axşamı bunu bitirməliyik. 2:0 hesabı komandadakı hər kəsi ayaqda saxlayır".

Papadopulos zədəli Matiya Şpolyariçin Azərbaycana gətirilmədiyini xatırladıb: "O, ilk oyunun sonlarında narahatlıq hiss etdi. Hazırda Kiprdə qalmağa və müalicəsi ilə məşğul olmağa önəm verdi".

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR