Dünyaca məşhur aktyor Çarli Çaplinin nəvəsi babasının soyadından imtina etmək istədiyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Avatar 3" filmində rol alan Una Çaplin "The Times" qəzetinə verdiyi müsahibədə məşhur soyadın ona həm fürsət, həm də çətinlik törətdoyono bildirib.
Una bu soyada layiq olmadığını deyib:
"Bu gözəl insanın nəvəsi olmaqla, açılmayan qapılar qarşımda açıldı. Amma olduğum yerə layiq olmadığımı hiss etmək pis hissdir. Çox çalışdım, amma bilirəm ki, nə etsəm də, babamın etdikləri ilə heç vaxt müqayisə olunmayacaq. Əgər bu sahədəki bütün məqsədim insanların 'Ah, Çarli Çaplinin nəvəsi' deməsi, onu Google-da axtarması və filminə baxmasıdırsa, deməli, xoşbəxtəm, çünki buna nail oldum".
Aysel









































