Armavirdəki köhnə yezid qəbiristanlığı dağıdıldı

DÜNYA
16:26 14.01.2014
1194

Bu köhnə məzarlıq Armavir vilayətinin Myasnikyan kəndində yerləşir.

AZXEBER.COM-un Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, indi dağıdılmış qəbiristanlığın yerində şərab zavodu üçün bağ-bağat salınacaq.Baş verən hadisə ilə əlaqədar olaraq, yezidlərin “Sincar” milli birliyi bəyanat yayıb. Bəyanatda deyilir: “Köhnə yezid qəbiristanlığının başına gətiriləni kafirlikdən başqa bir şey adlandırmaq mümkün deyil. Başqalarının ölülərinin ruhuna hörmət qoymayanlar heç öz ölülərinin ruhuna da hörmət etməzlər.Biznesmen Sergey Qriqoryan belə bir addım atmaqla, bütün xalqı təhqir edir və Ermənistanın beynəlxalq aləmdəki nüfuzu ilə oynayır” – bəyanat müəllifləri qeyd edirlər.Ümid edirik ki, Ermənistan Respublikasının rəhbərliyi bu halın qarşısını alacaq və belə şəxslərin ölkənin nüfuzuna xələl gətirməsinə yol verməyəcək” – daha sonra bildirilir.

OXŞAR XƏBƏRLƏR